Qeybət etməyin insana faydaları

Dini və əxlaqi dəyərlərdən dolayı pis xüsusiyyət sayılan qeybətin sən demə insanlara faydası var imiş.
Elm adamları haqsızlığa və yanlışlığa qarşı edilən qeybətin insan orqanizminə faydası olduğunu söyləyirlər. Onlar haqsızlığa uğrayan adamın onu bu hala salan şəxs barədə etdiyi qeybətin haqsız vəziyyətə düşən adama faydalı olduğunu söyləyirlər. Yəni həmin adam bir növ öz haqsızlığını digərləri ilə bölüşərək özünü yüngül hiss edir.
Kaliforniya universitetinin psixologiya şöbəsinin mütəxəssisləri müxtəlif araşdırmalar aparmış və qeybət edən adamların ürək əzələlərinin sağlam və ürək döyüntülərinin normal olduğunu sübut etmişdir.
Mütəxəssislər haqsılığa və əxlaqsızlığa yönəldilmiş qeybətin insanlara mənfi, digər edilən qeybətlərin isə müsbət təsir etdiyini qeyd etmişlər. Onlar bunu insanların psixoloji vəziyyəti ilə əlaqələndirirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.