Qarnında köp olduğunu düşündü, 20 kq-lıq şiş çıxdı

Aylardır şişmiş qarnında əziyyət çəkən qadın köp, meteorizm olduğunu düşünürdü. Yerli xəstəxanaya müraciət edən qadına həkimlər ağrıkəsici yazıb yola salırdılar. Lakin qarın gündən-günə şişməyə davam edirdi.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, Hindistanın Uttar-Pradeş çtatında 34 yaşlı qadın dözülməz ağrı ilə xəstəxanaya gətirildikdə, həkimlər gördüklərindən şoka düşüb.

Müayinə zamanı qadının qarnında 20 kiloqramlıq şiş törəmə aşkar olunur.

Cərrahlar 5 saat davam edən əməliyyatda nəhəng şişi çıxarırlar.

Məlum olur ki, şiş karsinoma – bədxassəli törəmədir.

Hazırda qadın əməliyyatdan sonrakı dövrdə bərpa prosesi keçir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.