Alimlər xüsusi araşdırmalar zamanı aşkar ediblər ki, kiflə pendir və noxud qaraciyər xərçənginin riskini xeyli azaldır.
NewsTes xəbər verir ki, bunun səbəbi bu məhsullarda olan spesifik maddə “spermidin”dir. Bu maddə həmçinin göbələk və qarğadalıda da var.
Araşdırma göstərib ki, spermidin maddəsi hətta qaraciyər xərçənginə meylli olan siçanlarda bu xəstəliyin qarşısını alırdı. Bundan əlavə spermidin alan siçanlar bu maddəni almayan siçanlarla müqayisədə 25% daha çox yaşayırdı.
Orqanik.az