Qarabaşaq bədxassəli şişlər və qocalmaya qarşı müdafiə üçün faydalıdır

Qarabaşağın rasionda olması bədxassəli şişlər də daxil olmaqla, bir çox xəstəliyin profilaktikası effektini təmin edir. O həmçinin orqanizmdə bədxassəli şişlərin riskini artıran mənfi dəyişikliklərin qarşısını almaq üçün faydalıdır.

Orqanik.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu effekt qarabaşağın tərkibində bir çox faydalı molekulun olması ilə əlaqədardır.

“Qarabaşaq diabet, artıq çəki, bədxassəli şişlərin inkişafı və qocalmaya qarşı müdafiə edir”, – deyə diyetoloq Mixail Qinzburq bildirib.

Diyetoloqun fikrincə qarabaşağın böyük üstünlüklərindən biri onun aşağı kalorili olmasıdır, bu, onda uzunmüddətli toxluğu təmin etmək qabiliyyəti ilə bir araya gəlir. Yaşı 40-dan yuxarı olanlar üçün qarabaşaq bitki zülalının zəngin mənbəyi kimi faydalı olacaq.

Bundan başqa, Qinzburq qarabaşağın tərkibində böyük miqdarda maqneziumun olmasına diqqət yetirib. Bu mikroelement MBT-nin düzgün fəaliyyəti üçün vacibdir, ürək, sinir sistemi, öd kisəsinin dəstəklənməsini təmin edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.