Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir. Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir.
Ondan istifadə edilməsi bir sıra sağlamlıq problemlərini qaydaya salır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən artıq olduğunu mütəxəssislər də təsdiq edirlər.
Orqanik.az bildirir ki, kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfa damarlarını, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə etmək qaraciyəri təmizləyir, qan azlığı zamanı kömək edir. Onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var. Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri gücləndirmək və oynaq ağrılarını azaltmaqda mühüm əhəmiyyət daşıyır.
Halsızlıq və gücsüzlük zamanı bir ovuc kişmiş yemək enerjini bərpa edir.
Maqnezium və kalium kimi bir çox əhəmiyyətli minerallarla zəngin olan kişmiş orqanizmdəki turşunu azaltmaq xüsusiyyətinə malikdir.
Həmçinin mütəmadi olaraq quru meyvəni yemək saç tökülməsi, dəri xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ən yaxşı vasitədir.
Orqanik.az