Gül suyunun gözəllik və sağlamlıq üçün FAYDALARI

Dahi alim və həkim Avisenna qızılgülün faydalı xüsusiyyətlərinə böyük elmi əsər həsr etmişdir.

Qızılgül suyu və yağı qədimdən müalicəvi və kosmetik vasitə kimi geniş istifadə olunurdu.

Orqanik.az bildirir ki, qızılgülün ətri insanın sinir sisteminə sakitləşdirici təsir edir, stresslə və depressiya ilə mübarizə etməyə kömək edir. Qızılgül əsl təbii antidepressantdır.

Baş ağrıları, miqren zamanı pambıq parçaya gül suyu damızdırın və alnınıza qoyub uzanın. Bu baş ağrılarının azalmasına kömək edəcək.

Qızılgül suyu güclü antiseptik xüsusiyyətlərinə malikdir. Damaq problemləri (iltihablar, damaqların həssaslığı və s.), pis ağız qoxusu zamanı gün ərzində bir neçə dəfə ağız boşluğunuzu qızılgül suyu ilə qarqara edin. Bunu bir müddət etdikdən sonra siz iltihabın azalmasının və damaqların möhkəmlənməsinin şahidi olacaqsınız.

Boğaz iltihabları zamanı gün ərzində bir neçə dəfə qızılgül suyu ilə qarqara edin. Bu iltihabın azalmasına kömək edəcək.

Dəri xəstəlikləri zamanı (dermatit, ekzema, psoriaz və s.) qızılgül suyu ilə vannalar və islatmalar çox yaxşı müalicəvi təsir edir.

Daxilə qəbul etdikdə qızılgül suyu həzm sisteminə çox müsbət təsir edir, iltihabları azaldır, mikrobları öldürü, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Qızılgül suyu kosmetologiyada çox geniş istifadə olunur. Ev şəraitində təbii qızılgül suyu tonik kimi istifadə etmək olar. Daim istifadə etdikdə qızılgül suyu üz dərisini cavan və sağlam saxlamağa kömək edir, qırışların əmələ gəlməsinin qarşısını alır, dərini daha elastik edir, iltihabları azaldır.

Qızılgül suyu saçların vəziyyətinə də çox müsbət təsir edir. Saçlarınızı yuduqdan sonra onları qızılgül suyu əlavə olunmuş su ilə yaxalayın və sonra qurudun.

Nəzərinizə çatdıraq ki, yalnız təbii qızılgül suyu sizə fayda verə bilər. Azərbaycanın bir çox kəndlərində təbii qızılgül suyu istehsal edirlər. Məhz belə təbii qızılgül suyu əsl təsirli müalicəvi vasitədir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.