Həkimlər digər ədviyyatlardan 100 qat güclü ədviyyatı açıqlayıblar.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, dietoloq Andrey Zolotarev Sputnikə müsahibəsində yandırıcı dadı olan xardalın üstün cəhətlərini sadalayıb.
“3000 ildir ki, bu məhsul süfrələrimizdədir. Onun ilk dəfə anmtiseotik və antihelmint təsirinə görə tətbiq etməyə başlayıblar. Məhz buna görə xardalı ət və balıq yeməklərinin yanında verirdilər ki, balıqdan düşə biləcək qurdların qarşısını alsın.
Əgər rasionunuzda acı xardal olsa, bağırsaqlarınız müxtəlif parazit və bakterial infeksiyalardan qoruna bilər.
Kəskin acı olmayan xardal növü Dijonskaya bir qədər xəfif təsir edir, o həzm sistemini tənzimləyir, mədə şirəsinin ifrazına təsir edir, fermentləri aktivləşdirir.
Bundan əlavə, xardan hipotenziv təsir edir. Yəni arterial təzyiqi salır, damar genişləndirici təsiri var. Xardal yedikdə dövr edən qanın həcmi artır, bunun sayəsində yüksək təzyiq bir qədər düşür.
Ona görə təzyiqi çox aşağı olan insanlara xardal yemək tövsiyə olunmur. Doğrudur, ciddi bir təsir olmayacaq, insan sadəcə bir qədər tərləyəcək.
Mədəsində xora, qastrit olanlar xardalla ehtiyatlı olmalıdır. Əks-göstərişi olmayan insanlar xardalı lap hər gün azca yeyə bilərlər ” – deyə həkim bildirib.
Orqanik.az