Qəhvəyə bənzər bu içki təzyiqi, şəkəri salır, qanı durulaşdırır – BAKIDA VAR

Çikoriy – qədim dövrdən məlum olan və hazırlanan içkidir. Hələ qədim Misirdə fironlar onu şirələrə qatıb içərdilər.

Hazırda isə rəngi də, quruluşu də qəhvəyə bənzər Çİkoriy içkisi qəhvə içənlər üçün sağlam əvəzedicidir. Bu içkidə qəhvənin yaratdığı əlavə təsirlər olmur və o müalicəvidir.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, həkimlər çikorinin yüksək təzyiqi saldığı, qanda şəkəri azaltmağı, qatı qanı durulaşdırması barədə açıqlama verib.

Çay və qəhvənin zərərli olduğu xəstələr məhz çikoriy içə bilər.
Çikoriydə kofein yoxdur, ona görə o təzyiqi qaldırmır.

Əksinə onu normallaşdırır.
Bu içki yumşaq sidikqovucudur, təzyiqi salmağa kömək edir.

Ürək ritmi pozulmasında da çikoriy faydalıdır.

Diabet xəstələri üçünsə bu içki dərmandır. Çünki onda çox miqdar inulin var ki, bu da dadına görə şirindir. Lakin o, qanda şəkəri qaldırmır. II tip diabetdə çikoriy qanda şəkəri normallaşdıra da bilər.

İnulin həm də bağırsaqdakı faydalı bakteriyalar üçün yaxşı qidadır və onları çoxaldır. Ona görə də, mikrofloranı bərpa etmək üçün də disbakteriozda çikoriy içmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.