Qanda serotoninin səviyyəsi ilə depressiyanın əlaqəsi yoxdur – Psixoloqlar

Britaniya alimləri yeni elmi işlərinin nəticəsini elan edib. London universiteti nəzdində kollecin üzvləri depressiya ilə serotoninin əlaqəsini araşdırıb.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, onlar sübut ediblər ki, depressiya qanda serotonin hormonunun düşməsi və dəyişməsi ilə bağlı deyil.
Halbuki bütün psixiatr və alimlər depressiyanı serotonin azlığı ilə əlaqələndiriblər.

Elmi işin nəticəsi Molecular Psychiatry dərgisində çap olunub.
Alimlər deprsssiyada olan insanlar üzərində aparılmış 17 tədqiqatı incələyib.

Onların hamısından müalicədən əvvəl və sonra serotonin analizləri götürülüb.

Nəticə göstərib ki, depressiyanın serotonin çatışmazlığından əmələ gəlməsina dair heç bir klinik təcrübi sübut yoxdur.

Eləcə də minlərlə könüllünün orqanizmində süni olaraq serotoninin azaldılması onlarda heç bir depressiv əlamət yaratmamışdır.

Beləliklə, serotoini qaldırmaq üçün təyin edilən müalicə və antidepressantlar depressiyanın müalicəsində ən effektiv üsul deyil.
Çünki serotornini artırmaq çox vaxt dəyişiklik yaratmır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.