Qanda şəkəri salan 3 əsas qida

Rusiyalı dietoloq Yelena Solomatina bildirib ki, tərkibində lif, xrom və zülal olan qidalar qanda şəkərin miqdarını aşağı salmağa kömək edir.

Onun sözlərinə görə, məhz elə bu baxımdan liflə zəngin tərəvəzlər yemək faydalıdır.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, təbii lif emal olunmamış düyü və dənli bitkilərdə daha bol olur. Odur ki, hazır sıyıqlardan imtina etmək və bu tipli yeməkləri xam məhsullardan hazırlamaq daha məqsədəuyğundur.

“Lif qanda şəkərin miqdarını məhdudlaşdırır, onun dərhal qana keçməsinə imkan vermir, bu prosesi ləngidərək təbii dozator rolunu oynayır. Elə buna görə də bədən enerjili olur. Lakin “glikemik partlayışlar” baş vermir”, – deyə Solomatina izah edib.

Dietoloq əlavə edib ki, tərkibində protein olan qidalar da qlükozanın aktivliyinə maneə törədir. Həmçinin, tərkibində xrom olan dəniz məhsulları, qaraciyər və brokkoli də qanda şəkərin miqdarını azaltmaq üçün faydalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.