Qan xərçənginin inanılmaz müalicəsi

ABŞ-da AİDS-ə səbəb olan HİV virusu istifadə edilərək həyata keçirilən xərçəng müalicəsində talasemiyalı xəstənin sağaldığı bildirilib

Pensilvaniya Universitetində alimlər, keçmiş polis olan 65 yaşlı Vilyam Ludviqdən bir milyardan çox lenfosit (virus və şişlərlə mübarizə aparan ağ qan hüceyrəsidir) alıb. Lenfositlər, fəal olmayan HİV-lə təmasa keçirilir. HİV lenfositləri dəyişdirərək xərçənglə mübarizə aparmaqlarına kömək edib.Müalicənin ilk günlərində xəstədə heç bir dəyişiklik görünmür. Hətta on gün sonra xəstədə titrəmə, yüksək hərarət və qan dövranı pozğunluğu baş verir. Başda həyəcanlanan həkimlər, bu simptomların bir neçə gün sonra keçdiyini və xəstənin talasemiyadan sağaldığının şahidi olurlar.Hələ də xəstənin tam sağaldığını söyləməyin çox tez olduğunu bildirən həkimlər, bir il öncəsinə qədər xəstənin yataqdan qalxa bilmədiyini hal hazırda isə qolf oynamağa belə getdiyini bildirblər. Başqa xərçəng növlərinə də tutulmuş iki xəstədə yoxlanılan bu üsul bir xəstənin tamamən digərinin isə qismən sağalmasına səbəb olub.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.