Qalxanvari vəzidə problem demensiyaya səbəb ola bilər

Qalxanvari vəzdə xəstəliklər neyrodegenerativ dəyişikliklərə yol açır.

“Medicina” xəbər verir ki, nevroloq Aleksandr Alexina yeni elmi tədqiqatda hormonal pozuntunun demensiya ilə əlaqəsinin sübut olunduğunu bildirib.

“Vəzin hipoaktivliyi zamanı lazım olan qədər hormonlar sintz olunmur. Alimlər sübut edib ki, demensiya riski qalxanvari vəzinin aktivliyi aşağı olan yaşlılarda daha yüksəkdir.
Risk əvəzləyici hormonal terapiyaya çox ehtiyac duyan xəstələrdə daha da çoxdur. Onlarda demensiya yaranması 3 dəfə artıqdır. Hipoterioza qarşı vaxtında müalicə alanlarda bu risk bir qədər azdır.

Bəzi hallarda hətta həkimlər qalxanvari vəzi xəstəliyi simptomları ilə demensiyanı səhv salır. Bunlar müalicə ilə geri dönən haldır.

Hipoteriozun əlamətləri:

– Yorğunluq
– Üşümə hissi
– – Çəki artımı
– Qəbizlik

– Depressiya
– Beyin aktivliyinin azalması
– Quru dəri

– Saç, dırnaq qırılması
– Əl-ayaqlarda uyuşma
– Menstrual pozulma

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.