Qadınların xərçəng xəstəlikləri haqqında bilməsi gərək olan bəzi əlamətlər var. Döş xərçəngi, yumurtalıqların xərçəngi, uşaqlığın xərçənginin bəzi əlamətləri vardır ki, onlar xərçəngin əlamətləri üzə çıxmamışdan çox-çox əvvəl özlərini biruzə verirlər. Bu əlamətlərə insanlar çox vaxt əhəmiyyət vermirlər. Bu əlamətlər hansılardır?
1. Sinədə ağrı və xroniki öskürək.
Sinədə ağrı və xroniki öskürək ağciyər şişlərinin əlaməti ola bilir. Bəzən insanlar bronxit olduqlarını düşünür və həkimə müraciət etməzlər.
2. Nəfəs darlığı və xırıltı.
Nəfəs alma zamanı çətinlik çəkmək ağciyər xərçənginin ilkin əlamətidir.
3. Udqunma zamanı çətinlik çəkmək
Ağciyər,udlaq və qırtlaq xərçənginin ilkin əlamətlərindən sayılır.
4. İnfeksiyaya yoluxma və tez-tez qızdırmanın yüksəlməsi.
Bu əlamətlər qan xərçənginin əlamətləri ola bilir. Leykoz zamanı xəstələrin temperaturu tez-tez yüksələ bilir.
5. Qanaxmalar və dərinin bəzi yerlərində göyərmələr.
Bu əlamətlər qırmızı qan hüceyrələrinin fəaliyyətində anormallıq olduqda baş verir, leykozun əlamətləri ola bilər.
6. Qoltuq altında, boyunda və qasıqda limfaların böyüməsi.
Limfaların böyüməsi və limfa sistemində baş verən dəyişikliklər xərçəngin əlamətləri ola bilər.
7. Qarında ağırlıq hissi və şişkinlik.
Daxili orqanlarda əmələ gələn xərçəng xəstəlikləri zamanı şiş toxuması böyüdükcə qarında ağırlıq hissi və şişkinlik müşahidə edilir.
8. Zəiflik.
Zəiflik xərçəngin bütün növlərində xəstələrin ilk rastlaşdığı əlamətlərdəndir.
9. Qarın və çanaq boşluğunda ağrılar.
Vaxtaşırı qarın boşluğunda baş verən ağrılar qarın boşluğu üzvlərinin xərçəng xəstəliklərinin əlaməti ola bilir.
10. İştahsızlıq və toxluq hissi.
Bu əlamət bütün xərçəng xəstəliklərinin ilkin əlamətlərindən sayılır. Ən çox yumurtalığın xərçəng xəstəliyi zamanı xəstələrdə müşahidə olunur.
11. Arıqlama.
Arıqlama ən cox qaraciyər xərçəngi, uşaqlığın və yumurtalıqların xərçəng xəstəliyi zamanı müşahidə edilir.
12. Defekasiya aktı zamanı qan və düz bağırsaq qanaxmaları.
Bu şikayətlər düz bağırsaq xərçənginin əlamətləti ola bilir.
13. Qarınağrısı və ishal.
Bağırsaq fəaliyyətində baş verən pozğunluqlarla yanaşı ürəkbulanma yoğun bağırsağın xərçəng xəstəliyinin əlaməti ola bilir.
14. Döşlərdə şişkinlik, ağrı və qızartılar.
Döşlərdə əmələ gələn bu əlamətlər döş xərçənginin əlamətləri ola bilir.
15. Aybaşı pozğunluqları.
Vaxtsız, vədəsiz baş verən qanaxmalar adətən uşaqlığın xərçəng xəstəıiyinin əlamətləri ola bilir.
16. Döşlərin ucunda dəyişikliklər.
Döşlərin uclarında meydana gələr qabarmalar, çökmələr döş xərçənginin əlamətidir.
17. Dəridə əmələ gələn dəyişikliklər.
Dəridə əmələ gələn, toxunduqda tez qanayan və dəri toxumasından fərqlənən toxumalar dəri xərçənginin əlamətləri ola bilir.
18. Üzdə şişkinlik.
Üzdə əmələ gələn şişkinlik, qızartılar, qabarıqlıq, ağciyər xəstələrində tez-tez rast gəlinən əlamətdir.
19. Sağ qabırğa altında ağrılar.
Qaraciyər xərçəngi diaqnozu qoyulan xəstələrin çoxu uzun müddət sağ qabırğa altında ağrıların olmasından şikayətləndiklərini söyləyirlər.
20. Dırnaqlarda dəyişikliklər.
Dırnaqlarda baş verən xoşagəlməz dəyişikliklər bir çox xərçəng növlərinin ilkin əlamətləri ola bilir. Dırnaqların altında əmələ gələn qara və ya qəhvəyi rəngdə olan nöqtələr əsasən dəri xərçənginin əlamətidir. Dırnaqların ağarması və solgunlaşması qaraciyər xərçənginin ilkin əlamətlərindən hesab edilir.
Orqanik.az