Qadın sağlamlığına dağıdıcı təsir edən amillər açıqlandı

Mama-ginekoloq Natalia Davıdenko qadın sağlamlığını gücləndirməyin yollarından danışıb.

Orqanik.az xəbər verir ki, həkim bu barədə “Lenta.ru”ya danışıb.

Onun sözlərinə görə, qadınların sağlamlığı üçün balanslı qidalanma, stressdən uzaq durmaq, idmanla məşğul olmaq, immuniteti gücləndirmək xüsusilə vacibdir. Buna adekvat kontrasepsiya vasitələrinin seçilməsi, cinsi yolla keçən xəstəliklərin qarşısının alınması və şəxsi gigiyena qaydalarına riayət edilməsi əlavə olunur.

“Reproduktiv sağlamlıq xarici mühitdən çox təsirlənir. Stress, pis vərdişlər, travmalar, peşə təhlükələri, ətraf mühit faktorları, pis qidalanma reproduktiv sağlamlıq üçün risk faktorlarıdır. Sağlam qadının ildə bir dəfə ginekoloqun müayinəsindən keçməsi məsləhətdir. Ancaq elə xəstəliklər var ki, ildə dörd dəfə mütəxəssisin müşahidəsində olmaq lazımdır. Qadın cinsiyyət orqanlarının xəstəliklərinin vaxtında diaqnozu və müalicəsi reproduktiv sistemə mənfi təsirləri minimuma endirməyə kömək edəcək”, – Davıdenko əlavə edib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.