Qəhvənin insan orqanizminə faydası açıqlanıb

Sauthempron və Edinburq universitetlərinin alimləri qəhvənin insan orqanizminə faydasını müəyyən ediblər.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, alimlər bildirib ki, qəhvə qaraciyər xəstəliyi riskini və ölüm riskini azaldır.

Məlumata əsasən, alimlər Böyük Britaniyanın biobankından 95,5 min nəfərin məlumatlarını təhlil ediblər.

Müəyyən edilib ki, müntəzəm olaraq qəhvə içənlərdə xroniki qaraciyər xəstəliyi riski 21 faiz, ölümdən qaçma ehtimalı isə 40 faiz, qəhvənin tərkibindəki kaveol və kafestol sayəsində qaraciyər yağlanması riski isə 20 faiz azalır.

Tədqiqatın müəllifi Oliver Kennedinin sözlərinə görə, bu, əhalisinin aşağı gəlirləri səbəbindən insanların keyfiyyətli tibbi xidmət almaq imkanları az olan ölkələr üçün vacibdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.