Qəhvə ömrü uzadır

Alimlərin 10 il ərzində 500 min insan üzərində apardığı araşdırma qəhvənin insan ömrünü uzatmağa kömək etdiyini ortaya çıxarıb.

Orqanik.az publika.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, daim qəhvə içənlər qəhvə içməyənlərdən 12% daha uzun yaşayırlar. Üstəlik, insult və ürək-damar xəstəlikləri riski də qəhvə içənlərdə içməyənlərə nisbətən təxminən 20% azdır. 

Qəhvənin bu faydaları yalnız üyüdülmüş forması üçün keçərlidir.

Eyni zamanda, qəhvə xərçəng, diabet və demensiya riskini azaltmaqda təsirli olan minerallar və antioksidantlar ehtiva edir.

Gündə 3 fincandan artıq qəhvə istehlakı məsləhət görülmür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.