Alimlər qəhvə çox içənlərdə müəyyən defisitlər olduğunu açıqlayıb.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, səhər və yeməkdən sonra qəhvə içməyə vərdiş edənlərdə dəmir defisitli anemiya olur, yəni qanazlığı.
Britaniyalı dietoloq Roksana Bakker bunun səbəbini izah edib.
“Qəhvədə polifenol var, bu turşu dəmirin sovrulmasına mane olur. Əgər bir insanda bu element əvvəldən azdırsa, vəziyyət dərinləşir. Dəmirin qanda səviyyəsi aşağı hədlərə düşür.
Yeməkdən öncə və sonra içilən bir fincan qəhvə dəmirin sovrulmasını 40-60% azaldır, bu isə dəhşətli fəsadlar deməkdir.
Digər kofein tərkibli içkilər də, tünd qara çay, matça, energetik içkilər eyni təsiri göstərir.
İnsanlar bəzən qəhvəni digər içkilərlə səhv salır: onu su, şirə kimi içir. Dəmir defisitli anemiya isə bədəni oksigensiz qoyur, insan halsız olur”.
Orqanik.az