Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır.
Antioksidantlar və sinklə zəngin olan balqabaq tumları kişi cinsiyyət sisteminə çox müsbət təsir edir – kişi cinsiyyət hormonlarının ifrazını və spermatozoidlərin hərəkətliliyini artırır, prostat vəzinə iltihabəleyhinə təsir edir, prostat vəzidə mübadilə proseslərini yaxşılaşdırır, prostat vəzi xərçənginin qarşısını alır.
Orqanik.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, xalq təbabətində kişi sağlamlığını möhkəmləndirən bir çox reseptlər var. Onlardan biri balqabaq tumu ilə balın qarışığıdır.
Resept
Yarım kq təmizlənmiş balqabaq tumunu blenderdə əzin, 1 stəkan təbii bal əlavə edin, yaxşı qarışdırın.
Qarışıqdan hər səhər yeməkdən əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır. Bunu daim ildə 1 dəfə edin. /bakupost/
Orqanik.az