Nəyə görə balıq yedikdən sonra infarkt riski yüksəlir?

Dietoloqlar balıq yeyərkən bəzi vərdişlərin sağlamlığa ziyan verdiyini açıqlayıb.

Orqanik.az xəbər verir ki, balıq ürək-damar xəstəliklərindən qoruyur. Tərkibindəki omeqa-3 sayəsində zehni açaraq yaddaşsızlıq və unutqanlığın qarşısını alır. Eyni zamanda, tərkibindəki kalsium sümükləri bərkidir.
Dietoloqların sözlərinə görə, balıq yeyərkən bəzi vərdişlər sağlamlığınıza zərər vurur. Aparılan araşdırma göstərir ki, həftədə 5 və daha çox balıq yeyənlərdə heç balıq yeməyənlərlə müqayisədə infarkt riski 30 faiz daha artıqdır.

Ona görə də yaşlı və ürək-damar problemi olan insanların həftədə 1 dəfədən artıq balıq yeməməsinə diqqət yetirilsin. Xüsusən yağlı, qızarmış və quru, duzlu balıq az istifadə edilsin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.