Prostat vəzinin absesinin yaranma səbəbi

Prostatın absesi vəzin toxumasının irinləməsi nəticəsində bağlı irinliyin formalaşması ilə xarakterizə olunan ciddi infeksion-iltihabi xəstəlikdir.    Patologiya bədxassəli gedişində irinin xayalığa, aralığa, uretraya, kiçik çanağa, qarnın ön divarına və ya periton boşluğuna açılması ilə ağırlaşa bilər. Abses vaxtında aşkar olunmadıqda peritonit və sepsisin inkişaf etmə təhlükəsi var. Prostatın absesindən ölüm 3-16% hallarda qeyd olunur.Prostat vəzinin absesinin formalaşması kəskin prostatitli pasientlərin 5%-ində baş verir. Buna prostatitin qeyri-adekvat müalicəsi və ya transuretral instrumental müdaxilələrin ehtiyatsız icra olunması səbəb  olur. Urologiya və andrologiyada prostat vəzinin absesinin diaqnozu klinik təzahürlər, laborator və instrumental müayinələr, diaqnostik cərrahi müdaxilənin (prostat absesinin punksiyası) nəticələrinə əsasən qoyulur. Qanda kəskin iltihabın tipik əlamətləri – leykositlərin konsentrasiyasının və eritrositlərin çökmə sürətinin artması; sidiyin ümumi analizində leykosituriya, proteinuriya qeyd olunur. Uretra yaxmasının və ya sidiyin bakterial müayinəsində patogen mikroflora aşkar olunur.Prostat vəzin absesinin profilaktikası ilk növbədə kəskin prostatititn profilaktikasından – fiziki aktivlik, bədənin həddən artıq soyumasının aradan qaldırılması, cinsi həyatın ritminin normallaşdırılması, xroniki infeksiya ocaqlarının və uroloji xəstəliklərin müalicəsindən ibarətdir. Prostat vəzin absesinin başlanğıc simptomları zamanı dərhal uroloq-androloq konsultasiyası mühümdür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.