Prolaktin hormonu və onun orqanizmdə rolu

Prolaktin hormonu molekuluna 198 aminturşu qalığı daxil olan zülaldır. Hipofizin asidofil xassəli laktotrop hüceyrələrindən sekresiya edilən prolaktinin molekul zəncirində sistin qalıqları arasında disulfid körpücüyü vardır. Prolaktinlə somatotrop molekullarının strukturu arasında oxşarlıq vardır. Eksperimental müşahidələr somototrop hormonun artıq miqdarı dişi məməli heyvanlara laktogen təsir göstərir. Sağlam qadının qan serumunda prolaktinin qatılığı 1,0 – 1,2 nq/l qədər olur. Hamiləlik dövrünün son vaxtlarında prolaktinin miqdarı artır, kişilərdə isə bu hormonun miqdarı çox az olur.
Prolaktinin bioloji təsiri sayəsində süd vəzilərinin inkişafı və laktasiya prosesi stimulyasiya edilir. Prolaktinin artması döşlərə südün gəlməsinə səbəb olur. Uşaq əmizdirərkən hipofizdən prolaktinin sekresiyası sürətlənir.
Prolaktin hamiləlik dövründə sarı cismin funksiyasının saxlanılmasına və burada proqestron sekresiyasının funksiyasına kömək edir.
Fizioloji şəraitdə prolaktinin sekresiyası yuxu, stress, fiziki gərginlik, hamiləlik və südəmizdirmə dövründə artır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.