Portuqaliya hökuməti 2022-ci ildə COVID-19-a qarşı dərmanların alınması üçün 32,7 milyon avro (35,9 milyon ABŞ dolları) xərcləməyə icazə verib.
Orqanik.az Trend-ə istinadən bildirir ki, Nazirlər Şurası tərəfindən qəbul olunan paketdə vurğulanır ki, bu xərclər “pandemiya vəziyyətinin təkamülü səbəbindən” zəruridir və Portuqaliya xalqının “SARS-CoV-2 virusunun səbəb olduğu xəstəlik üçün terapevtik seçimlərə çıxışını təmin etməkdir”.
Portuqaliyanın Baş naziri Antonio Kosta tərəfindən imzalanan sərəncam virusa qarşı mübarizə aparan Remdesivir dərmanının alınmasına, həmçinin COVID-19-a qarşı peyvəndlərin saxlanması və əldə edilməsinə maliyyə ayrılmasına icazə verir.
Orqanik.az