Portuqaliya COVID-19 dərmanlarına 32,7 milyon avro xərcləyəcək

Portuqaliya hökuməti 2022-ci ildə COVID-19-a qarşı dərmanların alınması üçün 32,7 milyon avro (35,9 milyon ABŞ dolları) xərcləməyə icazə verib.

Orqanik.az Trend-ə istinadən bildirir ki, Nazirlər Şurası tərəfindən qəbul olunan paketdə vurğulanır ki, bu xərclər “pandemiya vəziyyətinin təkamülü səbəbindən” zəruridir və Portuqaliya xalqının “SARS-CoV-2 virusunun səbəb olduğu xəstəlik üçün terapevtik seçimlərə çıxışını təmin etməkdir”.

Portuqaliyanın Baş naziri Antonio Kosta tərəfindən imzalanan sərəncam virusa qarşı mübarizə aparan Remdesivir dərmanının alınmasına, həmçinin COVID-19-a qarşı peyvəndlərin saxlanması və əldə edilməsinə maliyyə ayrılmasına icazə verir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.