Pnevmoniyanın ən xarakterik simptomu öskürəkdir. Lakin bu simptomlar əmələ gələndə ağciyər artıq zədələnmiş olur.
Orqanik.az Rusya KİV-lərinə istinadla bildirir ki, həkimlər pnevmoniyaya işarə edən və öskürək hələ başlamamış əmələ gələn ən erkən simptomlarını sadalayıb:
– səbəbsiz zəiflik
– kürəkdə ağrılar. Birtərəfli pnevmoniya zamanı ağrı kürəyin sağ və ya sol hissəsində hiss oluna bilər, ikitərəfli pnevmoniya zamanı isə bütün kürəkdə hiss olunur.
– üz dərisinin rənginin ağarması. Bu oksigen çatışmazlığına işarə edir.
Orqanik.az