“Piylənmə və şəkərli diabet bir-biri ilə əlaqəlidir”

“Təəssüf ki, piylənmədən əziyyət çəkən xəstələrin sayı gündən-günə artmaqdadır”.

Orqanik.az APA-ya istinadən bildirir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımova deyib.

O bildirib ki, piylənmə ilə şəkərli diabet bir-biri ilə əlaqəlidir:

“Hər iki xəstəlik üçün artım eyni səviyyədədir. Bütün yaş qruplarında bu özünü göstərir. Lakin uşaq və yeniyetmələr arasında piylənmə son illərdə çox artıb. Zərərli qidalardan istifadə etməyimiz bu xəstəliklərin artmasına gətirib çıxarır. Əhalinin böyük əksəriyyətində insulin rezidentliyi aşkarlanır. Bu, orqanizmdə insulinin normadan artıq olmasıdır”.

O deyib ki, uşaq və yeniyetmələr əvvəllər daha aktiv idilərsə, hazırda vaxtlarını daha çox müasir texnologiyalarla keçirirlər:

“Kompüter və mobil telefonlardan istifadə hərəkətsizliyə gətirib çıxarır ki, bu da nəticədə piylənməyə səbəb olur” – o əlavə edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.