Piodermiya

Piodermiya dərinin və dərialtı piy toxumasının iltihabi xəstəliyi olub, dəridə irinli – iltihablı proseslərlə özünü biruzə verir.Xəstəlik adətən ikincili olaraq əmələ gəlir.Piodermiya aşağıdakı səbəblrdən meydana gələ bilir:
* şəkərli diabet
* immun çatışmazlğı
* orqanizmdə zülal çatışmazlığı
* şəxsi gigyenaya əməl etmədikdə
* antisanitar şəraitdə yaşadıqda
Pioremiya dəri xəstəlikləri arasında ən çox yayılmış xəstəliklərdəndir.Xəstəliyin əmələ gəlməsinə stafilakokklar,streptokokklar səbəb olur.Piodermiya zamanı dəridə bir çox dəri xəstəliklərinin əlamətləri meydana çıxır:
– ostiofollikulit
– follikulit
– frunkul
– karbonkul
– hidradenit
– sikoz
– fliktena
– impetiqo
– ektima
– bulqar impetiqo və s.
Piodermiyanın aşağıdakı növləri var:
Streptokokk impetiqosu – Xəstəlik zədələnmiş dəridə meydana çıxır.Həşərat dişləməsi,atopik dermatit,qoturluq,zökəm və bəzi irinli xəstəliklərdən sonra dəridə özünü biruzə verir.
Səthi panarisiya – dırnaqların ətrafında və ağızın kənarlarında irinli suluqların olması ilə xarakterizə olunur.
Vezikulopustulyoz forma – Çox tərləyən və yüksək qızdırmadan əziyyət çəkən adamlarda meydana çıxır.Proses tər axacaqlarının və dərinin tüklü hissəsinin irinləməsi ilə meydana çıxır.
Ağ dəmirov – Xəstəliyin bu növünə yaz-payız aylarında rast gəlinir.Bu zaman üzün və ətrafların dərisində açıq-çəhrayı,2-3 sm diametrə malik ləkələr meydana gəlir.
Papulo eroziyalı streptodermiya – Piodermiyanın bu növünə ən çox yeni doğulmuşlarda və körpə uşaqlarda rast gəlinir.Piodermiyanın bu növü ən çox sarğı nahiyəsində,budun içərisi və bayır hissəsində əmələ gələn irinli səpgilərlə özünü göstərir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.Müalicə məqsədilə xəstənin gigyenasına diqqət yetirmək lazımdır.Yataq dəstələri və alt geyimləri qaynadılıb ütülənməlidir.Səpgilərin üstü antiseptik məhlullarla silinməli və xəstəyə qıcıqlandırıcı qidalardan uzaq durmaq tövsiyə edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.