Azərbaycanın da yetişdirdiyi yapon xurması uzun ömür mənbəyidir. Xurmanın bir çox faydaları vardır.
O, kalium, maqnezium, dəmir, fosfor, yod , A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir.
Yaponiyada baha olan bu xurma orada 100 xəstəliyin çarəsi hesab edilir.
Xurmanın əsas faydaları
– Ürək əzələsini bərkidir
– Ağ ciyər, bronxları təmizləyir
– Sidikqovucudur, böyrəkləri təmizləyir
– Hormonal balansı tənzimləyir
– Bağırsağı işlədir
– Beyni gücləndirir
– Bədəni cavanlaşdırır, dərini yaxşılaşdırır
– Xurmanı təzyiq, ürək xəstələri istifadə edə bilər
Gündə 2 ədəddən artıq yeməyin, çünki xurma büzücüdür, mədədə toparlanıb qala, bağırsaq keçməməzliyi yarada bilər.
Orqanik.az