Parkinson xəstəliyi bağırsaqlarda başlayır

Pakinson xəstəliyi zamanı beyində neyronlar məhv olur. Bunun nəticəsində əzələ tonusu və hərəkətlərin requlyasiyası pozulur.

Parkinson xəstəliyi ağır, müalicə olunmayan xəstəlikdir. Bəzi prepratların köməyi ilə xəstəliyin simptomlarını azaltmaq mümkündür, lakin vaxt keçdikcə bu preparatların da effektivliyi azalır.

Elmi araşdırmar göstərib ki, Parkinson xəstəliyindən əziyyət çəkən insanlarda beyində həll olunmayan “sinuklein” adlı zülalın lifləri yığılır. Lakin əvvəl bu liflər bağırsaqlarda əmələ gəlir. Alimlər ehtimal ediblər ki, bunun səbəbi hər hansı bağırsaq mikroorqanizmi və ya toksindir. Alimlər qeyd edirlər ki, Parkinson xəstəliyinin simptomları meydana çıxdıqdan xeyli əvvəl xəstələrdə müxtəlif mədə-bağırsaq  pozulmaları qeydə alınırdı.

Xarici mətbuatın məlumatına görə, Kaliforniya Texnoloji institutu alimlərinin yeni araşdırmaları göstərib ki, sinuklein lifləri həqiqətən bağırsaqlardan və mədədən beyinin əsasına və oradan da hərəkətə cavabdeh olan beyin hissələrinə keçir.

Bunun nəticəsində üzərində təcrübə aparılan heyvanlarda hərəkətlilik azalırdı.

Alimlərin fikrinə görə, bu yeni araşdırmalar Parkinson xəstəliyinin yeni müalicə metodlarının hazırlanmasına kömək edəcək.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.