Parasetamol təzyiqi yüksəldir – Bu xəstələr ehtiyatlı olsun

Hipertoniya xəstələri parasetamol dərmanını ehtiyatla içməlidir.

Kovid zamanı yaşlı xəstə insanların bəzən 4-5 gün ardıcıl gündə 2 dəfə bu dərmanı qəbul etməsi onlarda başqa fəsadlar yarada bilər.

Orqanik.az xəbər verir ki, Amerika Kardioloji Assosiasiyası parasetamolun tərkib maddəsi olan asetaminofenin həqiqətən də ürək-damar xəstələrində təzyiqi bir qədər qaldırdığını açıqlayıb.

110 nəfər üzərində klinik tədqiqatlar da göstərib ki, müntəzəm olaraq 1 həftə parasetamol qəbulu

Sistolik qan təzyiqini 5 mm civə sütunu qaldırır.

Bu da öz növbəsində həmin insanlarda ürək-damar xəstəlikləri riskini artırır. Yəni təzyiq yüksələrsə, insan infarkt və insulta yaxın olur.

Ona görə də kardioloqlar parasetamolun təhlükəsizliyini şübhə altına alır və həkimlərə xəstələri xəbərdar etməyi tövsiyə edir. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.