Hipertoniya xəstələri parasetamol dərmanını ehtiyatla içməlidir.
Kovid zamanı yaşlı xəstə insanların bəzən 4-5 gün ardıcıl gündə 2 dəfə bu dərmanı qəbul etməsi onlarda başqa fəsadlar yarada bilər.
Orqanik.az xəbər verir ki, Amerika Kardioloji Assosiasiyası parasetamolun tərkib maddəsi olan asetaminofenin həqiqətən də ürək-damar xəstələrində təzyiqi bir qədər qaldırdığını açıqlayıb.
110 nəfər üzərində klinik tədqiqatlar da göstərib ki, müntəzəm olaraq 1 həftə parasetamol qəbulu
Sistolik qan təzyiqini 5 mm civə sütunu qaldırır.
Bu da öz növbəsində həmin insanlarda ürək-damar xəstəlikləri riskini artırır. Yəni təzyiq yüksələrsə, insan infarkt və insulta yaxın olur.
Ona görə də kardioloqlar parasetamolun təhlükəsizliyini şübhə altına alır və həkimlərə xəstələri xəbərdar etməyi tövsiyə edir. /Orqanik.az
Orqanik.az