Pəhriz saxlamadan arıqlamağın üsulları açıqlandı

Britaniyanın “The Sun” tabloidi pəhriz saxlamaq və kalori saymaq istəməyənlər üçün arıqlamağın yollarını açıqlayıb.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, tənbəllər üçün olan üsullara mətbəx masasının üstünə güzgü qoymaq, yalnız kiçik boşqablardan yemək kimi fəndlər daxildir.

Bundan əlavə, oxuculara səhər yeməyində yumurta yemək, nahara dadlı, lakin ağır olmayan şorba ilə başlamaq, qazlı içkilərdən imtina etmək, daha çox yatmaq, yemək yeyərkən televizora baxmaqdan və sosial şəbəkələri oxumaqdan imtina etmək, ən əsası isə 20 dərəcədən yüksək olmayan temperaturda yemək tövsiyə edilib.

Bununla yanaşı, yemək yeyərkən rahatlaşdırıcı musiqi dinləmək də məsləhət görülüb. Alimlər sübut ediblər ki, belə şəraitdə insanlar 54% daha az yemək yeyirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.