Tibbin, diaqnostika, müalicə və profilaktika üsullarını ehtiva edən ayrıca sahəsi kimi formalaşaraq manual terapiya ilk mərhələdə meniskoidlərin sıxılması nəticəsində ilişmiş (bloklanmış) onurğa və digər oynaqların blokunun açılmasına, yəni oynaqda hərəkətin bərpasına yönəldilmişdir.
Bu məqsədlə, oynaq çatının boşluğuna və ya oynaq səthlərinin tərpətməsi nail olaraq, oynaq səthlərinin dartılması icra edilir. Sonra bu metodla müalicəyə olan göstərişlər, əzələ relaksasiyasına, onurğada və zədələnmiş oynaqlarla yanaşı olan oynaqlarda əzələ spazmalarının aradan qaldırılmasına olan zərurəti müəyyən etməyə başladı.
Tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərovun sözlərinə görə, manipulyasiya terapiyasının əsas üsulları – bloklanmış oynağın sonrakı mobilizasiyası məqsədi ilə, qonşu, çox vaxt baza bölmələrin fiksasiyasıdır (“qapanması”). Daha sonra məhz, manipulyasiya izlənir: mobilizasiya zamanı oynaqların əldə edilmiş vəziyyətindən, xəstənin zəifləməsi anında, xüsusi təkanla oynaq qəflətən blokdan çıxarılır:
“Bundan sonra hərəkət stereotipin normallaşmasına nail olmaq lazımdır ki, bu stereotip təkrar bliklanmanı azmümkün edərdi. Nəzərə almaq lazımdır ki, tibb sahəsində dərin bilik olmadan və xüsusi hazırlıqsız olaraq manipulyasiyaların köməyi ilə müalicə etmək cəhdi – təhlükəli işdir. Manipulyasiyaların nüansları çox vaxt əsas təsirdən daha əhəmiyyətlidir. Manual terapiyaya “kitabdan” oxumaqla yiyələnmək qeyri-mümkündür, lakin manual relaksasiyanın ən sadə üsulları sərbəst tətbiq üçün xəstələr üçün əlçatandır. Metodika, əzələnin bərkitmə nöqtələri arasında məsafə dəyişilmədən onların iradi gərginliyindən sonra, yəni, izometrik gərginlikdən sonra, əzələlərin zəiflədilməsindən ibarətdir”.
Həkim əlavə edib ki, gərgin, tərkibində ağrılı kiçik düyünlər olan qısaldılmış əzələni ağrısız həddə qədər dartırlar və xəstəyə onu, həkimin müqavimətinə rəğmən, yığmağı təklif edirlər. Belə izometrik gərginliyin 7-10 saniyə sürməsindən sonra xəstə rahatlaşır, həkim isə yenidən həmin əzələnin dartılması hərəkətini artıq böyük həcmdə edir. Bu kimi hərəkətlər, ardıcıl olaraq 4-5 dəfə təkrarlanır. Zəruri olduqda, prosedurları bir neçə gün ardıcıl keçirmək olar.
Orqanik.az