İshal və zəiflikdən xilas olmaq üçün təsirli meyvə

Bol vitamin ehtiva edən iydə bağırsaqları işlədir və soyuqdəymənin qarşısını alır. Sidik yolları infeksiyaları, böyrək daşları və ishal kimi problemləri aradan qaldırmağa kömək edir.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, mütəxəssislər böyrək xəstələrinə çoxlu iydə yeməyi tövsiyə edir. Bağırsaqlarınızda və həzm sisteminizdə problemlər yaradan bəzi narahatlıqları önləmək üçün də tövsiyə olunur.

Böyrəklərimiz istehlak etdiyimiz qidaların tərkibindəki faydalı maddələri emal edərkən zərərli olanları ayıraraq sidiklə bədənimizdən xaric olmasını təmin edir. Bu maddələr böyrəklərdən keçdiyi üçün insan kifayət qədər su qəbul etmədikdə bəzi qalıqlar sərtləşərək böyrək daşı əmələ gətirir.

Çiçəyindən tutmuş toxumuna qədər meyvənin hər bir hissəsi böyrək xəstəliklərinə faydalıdır. İshalın kəsilməsində təsirli meyvədir.

Şiddətli ishal hallarında xəstələr gündə litrlərlə maye itirə bilərlər. İshal və zəiflikdən xilas olmaq üçün iydə yarması da faydalıdır. Bu zaman iydəni qaynadıb suyunu içmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.