Otaqdakı virusların 98 %-ni məhv edən yeni vasitə təqdim olunub

Amerika və Britaniya alimləri beş dəqiqə ərzində otaqda olan mikrobların 98%-ni məhv edən “Far-UVC” yeni tipli ultrabənövşəyi şüalanmanı təqdim ediblər.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, işıqlar tavana quraşdırıla və hava-damcı yoluyla xəstəliklərinin insandan insana ötürülməsini azalda bilər.

Bu vasitə həmçinin COVID və qripə qarşı da effektlidir.

Alimlərin fikrincə, “Far-UVC” insanların sağlamlığına təhlükə yaratmadan otağı dezinfeksiya etmək üçün ən ucuz üsuldur.

Qeyd edək ki, adi ultrabənövşəyi şüalar gözlərə və dəriyə zərər verə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.