Öskürək preparatları

Öskürək qoruyucu reaksiyadır. Orqanizm tənəffüs orqanlarını yoluxduran yad törədicilərdən öskürəklə azad olunur. Lakin bu o demək deyil ki, öskürəklə mübarizə aparmalı deyilik.

Öskürəyin növləri
Öskürək fərqli olur. Simptomun davamlılığına görə ayrılır:
• Kəskin öskürək – 2 aya qədər davam edir. Kəskin öskürəyin səbəbi, adətən, kəskin respirator virus ifeksiyaları (KRVİ), allergiya və ya ağ ciyərlərə sirayət edən yad cisimlər olur.
• Xroniki öskürək – 2 aydan çox davam edir. Simptom tənəffüs orqanlarının xroniki xəstəlikləri fonunda yaranır: astma, xroniki bronxit, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) və s.
Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, öskürək çox vaxt tənəffüs yollarında seliyin olub-olmamasına görə fərqləndirilir. Öskürəyə qarşı effektiv vasitə seçimində bu əsas meyardır və bu əlamətdən asılı olaraq öskürəyin aşağıdakı növləri olur:
• Quru (qıcıqlandırıcı və ya qeyri-produktiv). Tənəffüs yollarının qıcıqlanması ilə törənir. Çox vaxt bu cür öskürək respirator xəstəliklərin erkən mərhələsində narahat edir. Davamlı quru öskürək bədəndə əzələ ağrısı yaradır və xəstəni üzür.
• Nəm (və ya produktiv). Bu cür öskürək gur selik ifrazı ilə müşayiət olunur. Adətən, qrip, bronxit və digər respirator xəstəliklərdə quru öskürək nəmlə əvəz olunur.

Öskürəyin səbəbləri
Öskürəyə qarşı effektiv dərman seçmək üçün simptomun səbəbini aşkar etmək lazımdır. Öskürək daha çox bu patologiyalarda narahat edir:
• soyuqdəymə və qrip;
• kəskin və xroniki sinusitlər;
• bronxit;
• pnevmoniya (ağciyərlərin iltihablaşması);
• plevrit;
• allergiya;
• bronxial astma;
• AXOX;
• ağciyər emboliyası;
• vərəm;
• ürək xəstəlikləri;
• digər səbəblər.

Preparatların təsnifatı
Hazırda bir neçə qrup öskürək əleyhinə prepa­ratlar mövcuddur:
• Mukolitiklər – bəlğəmi durulaşdıran dərman preparatları. Bu effekt bəlğəmin tərkibindəki mukopolisaxaridlərin parçalanması hesabına alınır. Bu təsirdən sonra seliyin özlüyü azalır və selik tənəffüs yollarından tez xaric olunur.
• Bəlğəmgətirici preparatlar – bəlğəmin həcmini artırır, onu durulaşdırır, müxtəlif stimulyasiya maddələri hesabına ağciyərlərin selikli qişasını möhtəviyyatı daha aktiv xaric etməyə vadar edir.
• Bronxolitik prepa­ratlar – bronxların spazmını aradan qaldıran maddələrdir və yalnız həkim məsləhəti ilə qəbul olunur.

Bilmək vacibdir!
Bronxolitik vasitələrin düzgün istifadə olun­ma­ması bronxların daralmasına və ağciyər spazmlarına səbəb ola bilər.
• Öskürək mərkəzinə təsir edən preparatlar – baş-beyni səviyyəsində öskürək refleksini yatıran mərkəzi təsirli dərmanlar. Çox vaxt quru öskürəyə qarşı istifadə edilir.
• Periferik təsirli preparatlar. Bu dərmanlar periferik sinirlərə, tənəffüs yolları reseptorlarına, iltihab mediatorlarına təsir edir.
• Kombinasiya edilmiş vasitələr – tərkibində müxtəlif farmakoloji qrupa mənsub olan təsir maddələri birləşdirilib. Misal üçün, mukolitik, bronxolitik və bəlğəmgətirici vasitələrin kombinasiyası.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.