Öskürəyin dəqiq diaqnostikası necə aparılır?

Öskürəyin tez-tez rast gəlinən səbəbi tənəffüs sisteminin xəstəlikləridir. Diaqnozun qoyulması üçün instrumental və laborator müayinələr aparılır. Onların köməyilə morfofunksional pozğunluqlar və patoloji prosesin əlamətləri aşkar edilir. Ən informativ üsullar: bəlğəmin analizi, rentgenoloji üsullar, seroloji reaksiyalar və digər instrumental üsullar hesab edilir.
Öskürəyin respirator səbəbləri inkar edildikdə əlavə üsullar – qida borusunun kontrast rentgenoqrafiyası, EKQ, ürəyin USM icra olunur. Tənəffüs pozğunluqlarının dərəcəsini müəyyən etmək üçün qanın qaz tərkibi yoxlanılır. Xarici tənəffüs pozulduqda spiroqrafiya aparılır, əsas göstəricilər – forsirəolunmuş nəfəsvermə həcmi, ağciyərlərin həyat tutumu qiymətləndirilir. Belə hallarda əsasən  xəstələr immunoloq-allerqoloqun konsultasiyasına yönəldilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.