Ortopedik ayaqqabılar necə olmalıdır?

Son vaxtlar ortopedik ayaqqabılardan istifadə edənlərin sayı çoxalıb.

Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, həkim- travmatoloq Museyib Əhmədov həmin ayaqqabılara olan tələblərlə əlaqədar deyib: “Ortopedik ayaqqabılara daha çox erkən yaşlarda ehtiyac yaranır. Bu, daha çox anadangəlmə və uşaqlıq dövründə inkişaf edən yastıpəncəliliklə əlaqədar olur. Həmin halların qarşısının alınmasında ortopedik ayaqqabıların əvəzedilməz rolu var. Ortopedik ayaqqabılar çox rahat olmalıdır, onlarda ayağın normal olaraq medial qövsü, daban nahiyəsi olur və bunun üçün xüsusi yastıqların olması əhəmiyyətlidir. İstər daban nahiyəsi, istərsə də qövs nahiyəsində xüsusi yastıqların olması vacibdir”.

Həkim-travmatoloq onu da deyib ki, həmin ayaqqabıların daban hissəsinin 2-3 santimetrdən hündür olmaması lazımdır. Uşaq və böyük ayaqqabılarına yanaşmalar fərqlidir. Ortopedik ayaqqabılar dəri materialdan hazırlanmalı və normal havalandırmaya malik olmalıdır. Xüsusən də ayaqqabının iç səthinə xüsusi diqqətlə yanaşılmalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.