Orqanizminizi təmizləyin, ömrünüz uzansın

Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur. Orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, orqanları ev şəratində hazırladığınız məlhəmlərlə təmizləyə bilərsiniz.

Qanı təmizləmək üçün məlhəm

Payızda zəncirotunun kökünü yığıb qurut. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynat. Kənara qoyub, 40 dəqiqə saxla. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək. Müalicə 1 həftə davam etdirilməlidir.
Fincana süd və tünd dəmlənmiş çay tök. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə iç. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.

Duzları təmizləmək üçün

Günəbaxan kökünün qalın hissəsini götürüb qurut. Qarışıqdan 1 stəkan götürüb, 3 litr suya tök. 2 dəqiqə qaynadıb, 3 gün iç. Növbəti dəfə eyni miqdarda günəbaxan kökü ilə suyu qarışdırıb, 5 dəqiqə qaynadıb, 3 gün ərzində iç. Sonuncu mərhələdə isə suyu 10 dəqiqə qaynatmaq lazımdır.

Limfa düyünlərini qreypfrutla təmizlə

900 ml. qreypfrut, 900 ml. portağal və 200 ml. limon şirəsini qarışdırıb, 2 litr suya qat. Gün ərzində bu qarışıqdan iç. Arada səhər yuxudan duranda içərisinə 2 çay qaşığı alma sirkəsi tökülmüş 2 litr su ilə imalə olun. Tez-tez isti vanna et. Bu prosedurdan sonra limfa düyünlərin təmizlənəcək.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.