Xarici mühitdən insan orqanizminə hər gün viruslar, infeksiyalar, allergenlər, parazitlər, toksinlər, şlaklar və s. ziyanlı maddələr və orqanizmlər düşür və orada yığılır.
Bunun nəticəsində insanın immun sistemi zəifləyir və insan daha tez-tez və daha ağır soyuqdəymə xəstəliklərinə tutulur, allergiyalar, mədə-bağırsaq sistemi pozulmaları inkişaf edir, dərinin, saçların vəziyyəti pisləşir, insan özünü daim yorğun, zəif hiss edir və s.
Bizim ulu əcdadlarımız təbabətin gücünü istifadə edir, orqanizmi təmizləyirdilər. Bunun üçün müxtəlif vasitələr istifadə olunurdu. Bu vasitələrin bir çoxunu ənənəvi tibb də qəbul edir və dəstəkləyir. Beləliklə,
– Ən sadə və eyni zamanda ən təsirli vasitə aclıqdır. 12 saat ərzində qida və maye qəbulundan imtina edən insanın orqanizmi əsaslı şəkildə təmizlənir. Bunu həftədə 1 dəfə etmək lazımdır.
– Sübh tezdən 2-3 stəkan ilıq təmiz su içmək lazımdır. Qidanı bir neçə saatdan sonra qəbul edə bilərsiniz.
– Xalq təbabətində orqanizmi təmizləmək üçün çox təsirli vasitələr var. Bu vasitələrin arasında ən populyar vasitə sarımsaq və limon qarışığıdır.
400 qr sarımsaq xırda doğranılır və ya ətçəkən maşınından keçirilir. Daha sonra ora 4 limonun şirəsi sıxılır, qarışdırılır, şüşə bankasına yığılır və 1 gün ərzində saxlanılır. Bu vasitənin 1 çay qaşığını 1 stəkan qaynanmış ilıq suda qarışdırın və hər gün yatmazdan əvvəl qəbul edin.
– Çuğundur orqanizmi çox yaxşı təmizləyir. Hər gün acqarına bişmiş çuğundur (təxminən 200 qr) yemək lazımdır.
– Qarpız orqanizmi təmizləmək üçün çox gözəl təbii vasitədir.
– Gicitkən ən xeyirli otlardan biridir. Gicitkən orqanizmi şlaklardan, toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir. Bunun üçün 1 xörək qaşığı xırda doğranmış gicitkənın üzərinə 1 stəkan qaynar su əlavə olunur və 1 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni süzün və səhər və axşam 1 xörək qaşığı qəbul edin. Belə müalicə kursu 1 ay davam etməlidir.
Təbii ki, bütün burada təqdim olunan reseptləri yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Bu xüsusilə xroniki xəstəlikləri olan insanlara aiddir.
Orqanik.az