Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

Mütəxəssislər deyirlər ki, çəkiyə nəzarət etsəniz və sağlam həyat tərzi keçirsəniz, ölümcül xəstəlik riskini azaltmaq olar.

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, həkimlər xərçəng riskini minimuma endirməyə kömək edəcək əsas yolları müəyyən ediblər.

Dünya Xərçəng Araşdırmaları Fondunun ekspertləri sağlam çəki saxlamağı məsləhət görürlər. Bu 12 növ xərçəngdən qoruya bilər: bağırsaq, döş, öd kisəsi, böyrək, qaraciyər, ağız, yemək borusu, yumurtalıq, mədəaltı vəzi, prostat, mədə və uşaqlıq. Həkimlərin fikrincə, orta hesabla kişiyə gündə təxminən 2500 kalori, qadına isə təxminən 2000 kalori lazımdır.

Bundan əlavə, müntəzəm fiziki fəaliyyət xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər. Yaşlılara həftədə ən azı 150 dəqiqə məşq etmələri tövsiyə olunur.

Eyni zamanda sağlam qidalanmaq, xüsusilə də daha çox tərəvəz və meyvələr, dənli bitkilər və paxlalılar istehlak etmək vacibdir. Xərçəng riskini azaltmaq üçün yüksək kalorili qidalardən, qırmızı ətdən, şəkərli qazlı içkilərdən, spirtdən yayınmaq lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.