Ömür uzunluğu bu orqandan asılıdır

Son araşdırmalar göstərir ki, insanın ömür uzunluğu bağırsaqdan, daha doğrusu orada yaşayan mikroorqanizmlərdən asılıdır.

Məhz bağırsağın mikroflorası bütün orqanizmə təsir edir. Məsələn, şəkərli diabet, hipertoniya, tromboz, piylənmə və bir çox digər ciddi xəstəliklər metabolik sindromdan başlayır. Bu sindromun inkişafına isə bağırsaqların mikroflarasının pozulması təkan verir.

Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, bağırsaqların sağlamlığı həmçinin immun sisteminə də ciddi təsir edir. Bağırsaqlarda yaşayan bakteriyalar ziyanlı mikrob və viruslarla mübarizə edir . Mikroflora pozulduqda immun sistemi də zəifləyir.

Bağırsaqların mikroflorasını yaxşılaşdıran qidalar bunlardır: süd məhsulları (xüsusilə qatıq, kefir), meyvə, tərəvəz, göyərti, paxlalılar, buğda kəpəyi.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.