Ömrü uzadan içkinin adı bəlli oldu

Redinq universitetinin alimləri südün sağlamlaşdırıcı təsirindən danışıblar. Bu barədə Express nəşri məlumat yaymışdır.

Təqdiqatlar zamanı mütəxəssislər ABŞ və Böyük Britaniyanın iki milyon sakininin sağlamlıq durumu haqqında məlumatları öyrənmişlər. Onlar müəyyən etmişlər ki, gündə heç olmasa bir stəkan süd içənlərdə ürəyib işemik xəstəliyinə tutulma riski 14 faiz aşağıdır.

Həmçinin müəyyən edilib ki, bu içki orqanizmdə xolesterinin miqdarını aşağı salır. Tədqiqatçıların gəldiyi nəticələrə görə, süd içənlərdə adətən bədən kütləsinin indeksi daha yüksək olur.

Britaniyalı həkim Debora Li qanda xolesterinin miqdarını aşağı salan məhsullardan danışmışdır. Bunlara qoz, zeytun və küncüt yağları, qırmızı balıq və paxlalı bitkilər aiddir.

Bundan əlavə, mütəxəssis yoqurt, süd və spredlərin (kərə yağının bitki variantı) istifadəsinin vacibliyini də qeyd etmişdir. Bu məhsullar xolesterinin miqdarını 10 faiz aşağı salır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.