“Omikron”un DƏHŞƏTLİ İZİ

Koronavirusun “omikron” ştamından sağaldıqdan sonra xəstədə qan laxtalanması baş verə bilər.

Orqanik.az xəbər verir ki, bu barədə Rusiyanın Ural Federal Dairəsinin baş profilaktoloqu, pediatr, tibb elmləri doktoru Sergey Tokarev danışıb. 

“Xəstəliyin gedişatının şiddətindən asılı olmayaraq, damar endoteliyası zədələnir, qan laxtalanmağa başlayır. Yəni, sistem səviyyəsində gərginlik ümumiləşdirilmiş damar iltihabına səbəb ola bilər”, – həkim bildirib.

Profilaktoloq əlavə edib ki, oxşar təsirlər “delta” ştamı keçirən xəstələrdə də müşahidə olunub.

Həkimlər “omikron” ilə qanın laxtalanma riskinin xəstənin cinsindən, yaşından və müşayiət olunan xəstəliklərindən nə qədər asılı olduğunu bilmirlər.

Hiperkoaqulyasiya vəziyyəti laxtalanma sisteminin pozulması səbəbindən tromboza meyillilikdir. İltihabi reaksiyalar və bir sıra xroniki xəstəliklər qanın daha da qatılaşmasına səbəb ola bilər. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.