Britaniyalı həkim və anestezioloqlar kovidə, eləcə də Omikrona yoluxduqdan sonrakı 7 həftə ərzində xəstələri hər hansı planlı əməliyyata almamağı tövsiyə edir.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, koviddən sonra sağalmış xəstələrə gedişatdan asılı olmayaraq, hər hansı narkoz, anesteziya və əməliyyat təyini təxirə salınmalıdır.
Çünki koviddən sağalan orqanizm üçün bu əlavə yük və stress olacaq.
Birləşmiş Krallığın həkimləri Milli Səhiyyə xidmətinə müraciət edərək, planlı əməliyyatların minimum 7-8 həftə ertələnməsini təklif edib.
Ekspertlər hesab edir ki, infeksion xəstəlikdən sonrakı 2 ay çox təhlükəlidir, belə xəstələrdə əməliyyatdan sonrakı durum ağır keçə bilər.
Orqanik.az