“Omikron”a yoluxan həkim ştamın əvvəlkilərindən tamamilə fərqli simptomlarını açıqladı

Koronavirusun “Omikron” ştammı yüksək yoluxuculuğa, müxtəlif simptomlara və qısa inkubasiya dövrünə malikdir.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə infeksiyanın yeni variantına yoluxan rusiyalı reanimatoloq Mixail Çuyko özünün sosial şəbəkə hesabından bildirib.

Onun sözlərinə görə, koronovirusun yeni ştammı tamamilə fərqlidir.

“Simptomlar başqadır, xəstəlik fərqli formada keçir, ümumiyyətlə, əvvəlki variantlardan o qədər fərqlidir ki, test olmasa koronovirus olduğunu düşünmək belə çətindir”, – deyə Çuyko bildirib.

Mütəxəssisin dediyinə görə, omikronun 1-3 günlük qısa inkubasiya dövrü var.

“Xəstəlik burun axması ilə başlayır, nadir hallarda öskürək olur (adətən sağalma mərhələsində). Əksər hallarda qoxu itkisi müşahidə olunmur, lakin laringit yaranır, səs dəyişir. Temperatur müddəti çox da uzun deyil – 2-3, hətta bəzən 1 gün. Peyvənd olunanların böyük əksəriyyətinin temperaturu 38 dərəcədən çox olmur (məndə də elədir) və ya ümumiyyətlə hərarət yüksəlmir”, – deyə reanimatoloq izah etdi.

Onun sözlərinə görə, “Omikron” ştammının müxtəlif simptomları var.

“Eyni ailədə insanlar müxtəlif yollarla xəstələnə bilərlər. Bunun nədən asılı olduğu hələ başa düşülmür”, – deyə həkim əlavə edib.

“Omikron”un yüksək yoluxuculuğunu nəzərə alaraq, Çuyko hesab edir ki, əhalinin əksəriyyəti yaxın gələcəkdə yeni ştama yoluxacaq.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.