“Omikron” sürətlə yayılır: Nə etməli? – Həkim məsləhəti

Yeni növ koronavirusa yoluxma statistikasında hər gün rəqəmlər artır. Mütəxəssislər bildirirlər ki, yoluxmanın artmasının səbəbi bir çox insanların xəstəliyi simptomsuz keçirməsidir. İnsanlar xəstə olduğunu bilmir və gündəlik işlərinə davam edərək ictimai yerlərdə başqalarını da yoluxdururlar.

Orqanik.az xəbər verir ki, yenisabah.az-ın məlumatına görə, həkim-infeksionist Nigar Əliyeva bununla bağlı açıqlamasında bildirib ki, koronavirusun “Omicron” ştamının çox yüksək yoluxduruculuq xüsusiyyəti var. Hətta virusun yoluxduruculuğu o qədər yüksək, inkubasion dövrü o qədər qısadır ki, bir neçə gün, hətta sutka ərzində yoluxmadan sonrakı kliniki əlamətlər dərhal üzə çıxır.

“Nəzərə alsaq ki, assimptomatik və kliniki əlamətləri çox zəif olan vətəndaşlar yaxma verməyə ehtiyac duymurlar, onda yoluxmanın daha çox olduğu aşkar olar. Getdikcə yoluxma sayındakı rəqəmlərin artacağı da gözlənilir. Ona görə də vətəndaşlar cüzi zökəm və ya hər hansı bir kliniki əlamət hiss edəndə özlərini təcrid etməli, kollektiv arasına çıxmamalıdırlar. Xəstəlik yüngül keçir, demək olar ki, ağırlaşmalar çox az müşahidə olunur, ona görə də çox vaxt onu adi mövsümü qrip kimi qiymətləndirir və təcrid olunmağa ehtiyac görmürlər. Bu isə xəstəliyin sürətlə yayılmasına və artmasına səbəb olur”.

Qeyd edək ki, “Omicron” ştamında boğaz ağrısı, öskürək, temperaturun o qədər də yüksək olmaması, mutasiya dövrünün olduqca qısa olması halları müşahidə edilir. Yorğunluq, halsızlıq hallarının çoxalması da xəstəliyin kliniki əlamətlərindəndir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.