Alimlər COVID-19-dan ağırlaşmaların səbəbini TAPDI

İsrailin aparıcı qurumlarından biri olan Bar-Ilan Universitetinin Tibb Fakültəsində çalışan elm adamları koronovirusun gedişi ilə bağlı diqqətəlayiq nəticələrə gəliblər.

Orqanik.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər D vitamini çatışmazlığı olanların koronovirusa yoluxma və ya xəstəlikdən ölüm riskinin daha yüksək olduğunu müəyyən ediblər.

Araşdırmada D vitamini çatışmazlığı olan insanların ağır xəstəliyə tutulma ehtimalının 14 qat daha çox olduğu müəyyən edilib. 

PLOS ONE tibb jurnalında dərc edilən araşdırmada 2020-ci ilin aprelindən 2021-ci ilin fevralına qədər 1100-dən çox iştirakçının məlumatlarının izlənildiyi bildirilib.

COVID-19 ilə əlaqəli səbəblərdən D vitamini çatışmazlığı olan fərdlərin ölüm nisbətinin 25,6% olduğu qeyd edilib. Orta səviyyədə D vitamini olanlarda ölüm nisbətinin 2,3 faiz olduğu təyin olunub. 

Tədqiqatı aparan alim Dr. Amiel Dror deyib ki, bu nəticələr göstərir ki, D vitamininin normal səviyyələri virusa qarşı təsirlidir. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.