“Omikron” görmə qabiliyyətinə necə zərər verə bilər? – VİDEO

Heç kimə sirr deyil ki, koronavirus, o cümlədən onun “Omikron” ştammı bütün bədəni zədələyir. Xəstə olanlar yaddaşın pozulmasından, qoxuda dəyişiklikdən, daimi zəiflikdən və görmə problemlərindən şikayətlənirlər.

Orqanik.az “Vesti”yə istinadən xəbər verir ki, görmə problemləri “Rossiya 1” telekanalının “Ən vacibi haqqında” verilişinin yeni buraxılışında müzakirə olunub.

Oftalmoloq Dmitri Dementyev Covid-19-un gözlərə necə təsir edə biləcəyindən danışdı. Əvvəla, xəstədə konyunktivit inkişaf etdirmə ehtimalı yüksəkdir. Bu xoşagəlməz xəstəliyi olan bir şəxs oftalmoloqun kabinetində görünəndə, ilk işi PCR testini keçirməkdir – və çox vaxt müsbət olur. Dementyevin brifinqdə köməkçisi olmuş aktrisa Alena Xmelnitskaya həkimin sözlərini təsdiqlədi: o, koronavirusa yoluxanda bu simptomla qarşılaşıb.

Koronavirusun daha mürəkkəb nəticəsi gözün tor qişasına zərər verə bilməsidir.

“Omikron” qan laxtalanmasının artmasına, tromboza səbəb ola bilər – torlu qişa da daxil olmaqla. Bu, çox sürətli görmə itkisinə gətirib çıxarır, lakin tam korluğa deyil”, – ekspert qeyd edib.

Dmitri Dementyev vurğulayıb ki, koronavirus korluğa səbəb ola bilməz. Bununla belə, son iki ildə bir çox insanlarda oftalmoloji xəstəliklər pisləşib. Bu, karantin dövründə planlı müalicələrə getmək və həkim reseptlərini almaq mümkün olmamasının nəticəsi idi.

Aslan Məmmədov
Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.