Omikron 3 gün ərzində simptomlarını göstərir

“Omikron”un inkubasiya müddəti indiki məlumatlarımızdan daha qısadır. Uhan variantında bu müddət 5 gün olduğu halda, “delta” variantında 4 gün, “omikron”da isə 3 gün kimi görünür.

Orqanik.az xəbər verir ki, bunu Qazi Universiteti Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan deyib.

O bildirib ki, “omikron” digər variantlara nisbətdə daha geniş yayılır və insanlar daha tez xəstələnir: “Çox qısa müddətdə xəstəliyə səbəb olur. Vətəndaşlar düşünməsinlər ki, “təmasım oldu, amma üzərindən 5 gün keçib və xəstə olmaya bilərəm”. Çünki “omikron” variantı indi adi görünür. Lakin “delta” variantı artıq bütün dünyada mövcuddur. Ona görə də qorunmaq və peyvənd olunmaq lazımdır”. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.