Ölümcül xəstəliklərə qarşı sadə bir vasitə tapıldı

İngiltərənin “Surrey” Universitetinin alimləri, yaşıl çayda olan təbii antioksidantın antibiotiklərə qarşı davamlı olan, təhlükəli infeksiyalara qarşı mübarizədə faydalı ola biləcəyini müəyyən edib. Bu barədə “MedicalXpress” agentliyi bildirmişdir.

Tədqiqatçılar, epiqallokatexinin, infeksiyaların müalicəsində istifadə edilən, antibakterial aztreonama preparatının təsirini aktivləşdirməsini müəyyən etmişdir.

Antioksidant və antibiotikin birləşməsi bu maddələrin hər birindən ayrı olaraq, daha təsirli olduğunu sübut edir. Bu vitro təcrübələri zamanı müəyyən edilmişdir.

Epiqallokatexinin, “P.aeruginosa ” antibiotikin həzm edilməsinə kömək edir. Pseudomonas aeruginosa, insanlar üçün şərti olan mənfi bakteriyadır. O, əsasən immuniteti zəifləmiş insanları yoluxdurur. Ona, çox vaxt iltihablı yaralarda və sistitdə rast gəlmək olar.

Ümumdünya Səhiyyə Təşkilatı, mikroorqanizmin dərmanlara qarşı dayanıqlı olduğuna görə, insan sağlamlığı üçün təhlükəli hesab edilən, mikroorqanizmlər siyahısına daxil etmişdir. Bu, superinfeksiyaya – bütün əsas dərmanlara davamlı olan ikinci dərəcəli infeksiyalara səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.